Dünya
Türkiyə Ordusundan Afrində rekord dəqiqlik: "Bunun dünya tarixində bənzəri yoxdur"
Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın YPG/PYD/PKK terror təşkilatının işğalı altında olan Afrin bölgəsində başladılan "Zeytun budağı" əməliyyatı bir çox məqamları ilə dünyanın diqqətini çəkməkdədir.
Publika.az xəbər verir ki, 72 hərbi təyyarə ilə başladılan əməliyyat zamanı əvvəlcədən müəyyən edilən 113 hədəfdən 108-i dəqiqliklə vurulub.
Türkiyəli terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar tarixi əməliyyatın bəzi maraqlı detallarını açıqlayıb.
O bildirib ki, Afrində 72 döyüş təyyarəsi ilə həyata keçirilən əməliyyatın bənzəri yaxın tarixdə görülməyib:
"Buna yaxın son əməliyyat 2007-ci ildə İraqın şimalında gerçəkləşmişdi. Onda hücuma 50 təyyarə qatılmışdı. 113 hədəfdən 108-nin dəqiqliklə vurulması tarixi bir rekorddur. Bu hədəflərin 95.57 faizinin məhvi deməkdir. Bu rekordun dünyada bənzəri yoxdur. Türkiyə öz keçmiş hərbi əməliyyatları ilə yarışır".
A.Ağar həyata əməliyyatın Türk milləti üçün qürur mənbəyi olduğunu söyləyib:
"Millətimizin övladları milllətimizin silahlarından baxın necə istifadə edirlər".
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama