Ərdoğandan ilk "Zeytun budağı" açıqlaması: "Necə qaçdıqlarını görürəm"
Bizi izləyin

Dünya

Ərdoğandan ilk "Zeytun budağı" açıqlaması: "Necə qaçdıqlarını görürəm"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində başladılan "Zeytun budağı" əməliyyatı ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, xanımı Əminə Ərdoğan ilə Bursaya səfər edən prezident burada onu gözləyən xalqa xitab edib:

"Sizi belə görüb Afrinə də baxıram. Afrindəki əsgərimizə baxıram. PYD-PKK-YPG-nin necə qaçdıqlarını görürəm. Onlar qaçacaq, mehmetcik və bizlər, hamımız birlikdə qovacağıq.

Bu terrorçular xalqı küçələrə çağırırlar. Hazırda Diyarbəkirdə toplantı keçirirlər. Addım-addım təqib edirik. Ey HDP, ey YPG, ey PKK, harada meydana çıxsanız bilin ki, təhlükəsizlik qüvvələrimiz sizin boynunuzdadır.

Onların hesabı varsa, Allahın da bir hesabı var. Biz bu yola belə davam edəcəyik. Qətiyyətlə, inamla. Geri addım atmayacağıq.

İnşallah, çox qısa müddətdə bu əməliyyatı tamamlayacağıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm