Türkiyədə əsgərlər uçqunun altında qaldı: 5 ölü, 12 yaralı
Bizi izləyin

Dünya

Türkiyədə əsgərlər uçqunun altında qaldı: 5 ölü, 12 yaralı

Türkiyə ordusunun 5 hərbçisi Bitlis şəhəri ərazisində PPK terrorçularına qarşı əməliyyat aparan zaman qar uçqununa düşərək həlak olub.

Publika.az xəbər verir ki, təbii fəlakət nəticəsində daha 12 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı hərbçilər Hizan rayonu ərazisində yerləşən dövlət hospitalına yerləşdirilib.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatlarının aparıldığını bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm