İrandan Türkiyəyə ÇAĞIRIŞ: Dərhal dayandırın!
Bizi izləyin

Dünya

İrandan Türkiyəyə ÇAĞIRIŞ: Dərhal dayandırın!

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi bildirib ki, Türkiyə Suriyanın Afrin bölgəsində başladığı hərbi əməliyyatları dərhal dayandırmalıdır.

Publika.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qasiminin "Tasnim" agentliyində dərc olunan məlumatında bildirilir.

"İran Suriyanın Afrin şəhərində baş verən cari hadisələri diqqətlə izləyir və əməliyyatın dərhal dayandırılacağına ümid edir", — deyə məlumatda qeyd olunur.

"Afrində böhranın davam etməsi Suriyanın şimalında təkfirçi terror qruplaşmalarının fəallaşmasına, həmçinin müharibə alovunun qızışmasına və bu ölkədə dağıntılara gətirib çıxara bilər", - deyə o əlavə edib.

Eyni zamanda, Qasimi Suriyanın ərazi bütövlüyünün qorunması və ölkənin suverenliyinə hörmət edilməsinin zəruri olduğunu qeyd edib. O həmçinin Türkiyəni Suriya böhranını siyasi yolla həll etməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm