Ukraynada separatçıların “rus taktikası”– 5 ölü, 8 yaralı
Bizi izləyin

Dünya

Ukraynada separatçıların “rus taktikası”– 5 ölü, 8 yaralı

Ukraynada separatçıların “rus taktikası”– 5 ölü, 8 yaralı

Ukraynanın Luqansk vilayəti sərhəd xidmətini mühasirəyə alan terrorçuların iki minaatan batareyası aviasiyanın köməyi ilə məhv edilib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə antiterror operativ əməliyyat qrupunun mətbuat katibi Vladislav Seleznyov deyib.

O həmçinin bildirib ki, Luqansk sərhəd xidmətinin yaxınlığında yaşayış evləri olduğundan aviasiyanın gücündən tam olaraq istifadə etmək mümkün deyil. V.Seleznyov Luqansk sərhəd xidmətinin regionun bütün sərhəd strukturunu koordinasiya etdiyini və buna görə də terrorçuların genişmiqyaslı hücumuna məruz qaldığını ifadə edib.

V.Seleznyov terrorçuların hücum zamanı yalnız minaatanlar, qumbaraatanlar, pulemyotlar və avtomatlardan deyil, həm də “rus taktikası”ndan istifadə etdiyini vurğulayıb: “Terrorçular yaşayış binalarından sərhəd xidmətinə atəş açırlar. Bu halda isə dinc vətəndaşlardan canlı qalxan kimi istifadə edilir”. Antiterror operativ əməliyyat qrupunun mətbuat katibi 7 sərhədçinin yaralandığını bildirib. Qarşı tərəfdən isə ilkin məlumatlara görə, 5 nəfər ölüb, 8-i yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm