Ərdoğan: “Ermənistan qarşımıza çıxmağa cəsarət etmədi”
Bizi izləyin

Dünya

Ərdoğan: “Ermənistan qarşımıza çıxmağa cəsarət etmədi”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma "erməni soyqırımı" ilə bağlı çıxışında Ermənistanı əllərindəki bütün faktları ortaya qoymağa çağırıb.

Publika.az xəbər verir ki, bu sözləri Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Bursada partiyanın rayon təşkilatının konfransında çıxışı zamanı dilə gətirib. O bildirib ki, həqiqətlərin üzə çıxması üçün Ermənistan bütün arxivləri açmalıdır:

“Bir daha Ermənistana səslənirəm ki, əlində olan faktların incələnməsinə şərait yaratsın. Ermənilərin köçürülməsinə səbəb olan hadisələr zamanı ölən türklərin sayı köçürülmə zamanı həyatını itirdiyi iddia olunan ermənilərin sayından dəfələrlə çoxdur. Sözügedən hadisələrlə bağlı Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahının arxivində 1 milyon 700 minə yaxın sənəd var. Həmin sənədlərin 1 milyonu indiyə qədər açılıb. Dəfələrlə qondarma "erməni soyqırımı"nın araşdırılması üçün arxivlərin açılmasını təklif etmişik. Lakin, Ermənistan bu günə qədər arxivlərin açılması təklifimizi qəbul etməyib. Nəinki təklifə razılıq vermək, heç qarşımıza çıxmağa cəsarət etməyiblər”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm