Putin yenidən prezident seçilə bilərmi? - Nəticələr yayımlandı
Bizi izləyin

Dünya

Putin yenidən prezident seçilə bilərmi? - Nəticələr yayımlandı

Rusiyada seçkiqabağı keçirilən kampaniyaların maraqlı nəticələri yayımlanıb.

Publika.az xəbər verir ki, Rusiyada mart ayının 18-də növbəti prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar olaraq namizədlərə imzatoplama kampaniyaları başladılıb. Kampaniyanın yanvarın 22-də başa çatacağı deyilib.

Bu gün isə Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin yenidən prezident seçilməsi üçün imzatoplama kampaniyasının nəticələri açıqlanıb. Onun bu vəzifəyə yenidən namizəd olması üçün 1 milyon 600 mindən çox imza atılıb.

Prezidentliyə namizədlərdən digəri olan tanınmış teleaparıcı Kseniya Sobçakın Seçki Qərargahı isə nə az, nə çox düz 101 min imza toplayıb.

Son nəticələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, Rusiyada prezidentliyə namizədin qeydiyyata alınması üçün ən azı 100 min imza toplanmalıdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm