Luqansk dövlət administrasiyasına aviazərbələr endirilib
Bizi izləyin

Dünya

Luqansk dövlət administrasiyasına aviazərbələr endirilib

Luqansk dövlət administrasiyasına aviazərbələr endirilib

Luqansk vilayəti dövlət administrasiyasının binası Ukrayna Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən vurulub.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə hadisə şahidlərinə istinad edən RİA-Novosti xəbər agentliyi yazıb.

Qeyd edək ki, vilayətin dövlət administrasiyası hazırda separatçıların əlindədir. Binadan çıxan silahlılardan biri orada çoxlu sayda ölü və yaralının olduğunu bildirib. Digər bir silahlı isə hücum nəticəsində ən azı beş nəfərin öldüyünü deyib.

Yaralıları binadan çıxarmaq üçün isə ən azı 6 təcili yardım avtomobilinin gəldiyi deyilir. Aviazərbələrdən sonra binada güclü yanğın başlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm