Almaniya “Leopard”lar üçün Türkiyəyə razılıq verdi
Bizi izləyin

Dünya

Almaniya “Leopard”lar üçün Türkiyəyə razılıq verdi

Almaniya hökuməti Türkiyə Silahlı qüvvələrinin arsenalındakı “Leopard” tanklarının modernləşdirilməsi üçün “Rheinmetall” müdafiə sənayesi şirkətinə icazə verəcək.

Publika.az xəbər verir ki, bu haqda “Der Spiegel” jurnalı bildirib.

Nəşrin yazdığına görə, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun 2 həftə əvvəl almaniyalı həmkarı Ziqmar Qabriellə görüşündən sonra mövzu ilə əlaqədar təlimat verilib.

Qeyd edək ki, Türkiyə “Leopard” tanklarının modernləşdirilməsi üçün ilk dəfə ötən ilin mart ayında Almaniyaya müraciət edib. Hazırda Türkiyə Silahlı qüvvələrinin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında Almaniya istehsalı olan çoxlu sayda “Loepard” tankından istifadə edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm