Türkiyədən ABŞ-a RƏDD CAVABI: “Əvvəlcə bunu edin!”
Bizi izləyin

Dünya

Türkiyədən ABŞ-a RƏDD CAVABI: “Əvvəlcə bunu edin!”

Rəsmi Ankara Vaşinqtonun “Suriyada əməkdaşlıq” çağırışına çavab verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ cavab olaraq “silahları toplayın” çağırışı edib.

“Əməkdaşlığın yolu bəllidir: silahların çatdırılmasını (PYD terror təşkilatına çatdırılan silahlardan söhbət gedir –red.) dayandırmaq və daha əvvəl verilən silahları toplamaq”, - hökumət rəsmisi bildirib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyənin terrorla mübarizə hüququnu tanıdıqlarını bildirib. Tillerson Türkiyə ilə birgə təhlükəsizlik problemlərini həll etmək üçün atılacaq addımları müəyyənləşdirmək istədiklərini vurğulayıb.

O, Türkiyə və ABŞ-ın Suriyanın şimali-qərbində təhlükəsizlik zonası nın yaradılması istiqamətindən birlikdə çalışacağına ümid etdiyini vilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm