Ankara, Moskva və Dəməşq... - ABŞ üçün fəlakət XƏBƏRDARLIĞI
Bizi izləyin

Dünya

Ankara, Moskva və Dəməşq... - ABŞ üçün fəlakət XƏBƏRDARLIĞI

“Qərb ölkələri Ankaranın diplomatik dəstəyini itirmək istəməyəcək”.

Publika.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını şərh edən Böyük Britaniyanın “Qardiyan” nəşri yazıb.

Suriyada “oyun”un sona yaxınlaşdığını qeyd edən nəşr Ankaranın Rusiyanın əli ilə sülh prosesində önəmli oyunçuya çevrildiyini və buna görə də Qərbin Ankaranın diplomatik dəstəyini itirmək istəmədiyini bildirib. Bildirilir ki, Türkiyənin terror təşkilatları ilə bağlı narahatlığı ABŞ üçün bir fəlakətə çevrilə bilər.

Məqalədə qeyd edirlir ki, Türkiyənin yaşadığı narahatlıq Ankaranın Dəməşq və Moskva ilə anlaşmasına səbəb ola bilər.

“Bu, ABŞ-ın dövlət katibi Reks Tillersonun bir həftə əvvəl Bəşər Əsəd rejimi və iranlı döyüşçülərin Suriyanı tərk etməsini tələb etməsindən sonra ABŞ üçün bir fəlakət anlamına gəlir, - “Qardiyan” yazıb.

Britaniya nəşri hesab edir ki, Qərb ölkələrinin Suriya ilə bağlı siyasətinin 7 ildir davam edən vətəndaş müharibəsində Suriya müxalifətinin ən böyük dəstəkçilərindən olan Türkiyənin dəstəyi olmadan reallaşdırılması mümkünsüzdür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm