Davos zirvəsi başlayır
Bizi izləyin

Dünya

Davos zirvəsi başlayır

Dünya İqtisadi Forumunun təşkil etdiyi Davos zirvəsinin 48-ci iclası bu gün İsveçrənin Davos qəsəbəsində başlayacaq.

Publika.az xəbər verir ki, zirvəyə 100-dən çox ölkənin 3000-ə yaxın iş adamı, siyasətçi və akademiki qatılacaq.

Zirvədə qlobal iqtisadiyyat, təhlükəsizlik və ətraf mühit kimi mövzulara ortaq baxış bucağından baxılacaq. İclaslara 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları da qatılacaq. Toplantıların açılış nitqini Hindistanın Baş naziri Narendra Modi, bağlanış nitqini isə ABŞ prezidenti Donald Tramp edəcək.

26 yanvaradək davam edəcək zirvənin təhlükəsizlik tədbirləri üçün 10 milyon dollar xərcləndiyi bildirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm