Cənubi Qafqazda yeni təhlükəli MACƏRA BAŞLAYIR - ABŞ-dan təhlükəli ADDIM
Bizi izləyin

Dünya

Cənubi Qafqazda yeni təhlükəli MACƏRA BAŞLAYIR - ABŞ-dan təhlükəli ADDIM

ABŞ Gürcüstana “Javelin” tank əleyhinə kompleksləri çatdırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Gürcüstanın müdafiə naziri Levan İzoriya ABŞ-ın bu ölkədəki səfiri Yan Kelli ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Javelin” tank əleyhinə komplekslərin əldə edilməsinin birinci mərhələsi müvəffəqiyyətlə başa çatdırılıb. Komplekslər Gürcüstanda təhlükəsiz yerdə yerləşdirilib”, - o deyib.

Nazirin sözlərinə görə, gürcü hərbçiləri silahlardan istifadə qaydalarının öyrənilməsi üzrə xüsusi kurs keçəcəklər.

Daha əvvəl Moskva bəyan edib ki, Gürcüstana “Javelin” tank əleyhinə raket komplekslərinin çatdırılması regionda Tiflisi yeni təhlükəli macəralara itələyə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm