• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ərdoğan və Putin Gülənə qarşı birləşdi – Şok iddia

  • Dünya
  • 2 İyun 2014 18:44
  • 4 478 Baxış
Ərdoğan və Putin Gülənə qarşı birləşdi – Şok iddia

Rusiyalı akademikin iddiasına görə, Türkiyə ilə Rusiya Fətullah Gülənə qarşı birləşib.

Publika.az xəbər verir ki, Orta Asiya ilə bağlı xəbərlər yayımlayan ABŞ-ın “Al Monitor” saytı akademik Vitali Naumkinin Rusiya-Türkiyə münasibətləri haqqında olan bir məqaləsinə yer verib:

Gülən mövzusunda ortaq məxrəcə gəlindi.

Akademik Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlunun axırıncı dəfə Moskvaya səfərini şərh edib. Akademikə görə, hər iki dövlət Suriya mövzusunda fərqli düşünsələr də, Fətullah Gülən məsələsində ortaq məxrəcə gəlinib. Naumkin Güləni əsas götürərək Türkiyə ilə Rusiya münasibətlərini bu cür şərh edib:

Gülənə qarşı olan mövqe Türkiyə və Rusiyanı birləşdirir.

“Rusiya ilə Türkiyənin yaxınlaşmasına səbəb Moskvanın Fətullah Gülənin fəaliyyətlərinə qarşı hədsiz dərəcədə neqativ mövqeyidir. Halbuki əvvəllər Baş nazir R.T. Ərdoğan və AKP-nin bu dini şəbəkə ilə müttəfiq olduğu vaxtlarda Moskvanın bu mövqeyi Ankaranı narahat edirdi. Lakin indi AKP lideri ilə ABŞ-da yaşayan Gülən arasındakı soyuq müharibənin alovlanması hər iki ölkəni Gülənin fəaliyyətinə qarşı ortaq hərəkət etməyə vadar edir”.

Gülənin kitabları “radikal” elan edildi

Yazıda Rusiyada Gülən məktəblərinin bağlanmasına və Gülənin bir çox kitabının Rusiya məhkəməsinin qərarı ilə “radikal nəşrlər” siyahısına əlavə edildiyinə yer verilib. Ancaq Naumkin bütün bunlarla bərabər, “Rusiya ictimaiyyətinin bir ideoloq olaraq Gülənə qarşı mövqeyi anlaşılmazdır” cümləsinə də yer verib.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR