DƏHŞƏTLİ QƏZA: Yük maşını qatarla toqquşdu
Bizi izləyin

Dünya

DƏHŞƏTLİ QƏZA: Yük maşını qatarla toqquşdu

Almaniyanın Şonqau şəhərində yük maşınının qatarla toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Məlumata görə, qəza bu gün səhər baş verib. Yük maşınının sürücüsü işıqforun qadağanedici siqnalına məhəl qoymayaraq dəmir yoluna çıxıb. Hadisə nəticəsində o, ağır xəsarətlər alıb.

Vaylxayma gedən qatarda 44 sərnişin olub. Onlardan 5 nəfəri və maşinist yüngül xəsarət alıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm