Kim Çen In nüvə silahını bu məqsədlə istifadə edəcək - ABŞ KƏŞFİYYATI
Bizi izləyin

Dünya

Kim Çen In nüvə silahını bu məqsədlə istifadə edəcək - ABŞ KƏŞFİYYATI

“ABŞ hesab edir ki, Kim Çen In (Şimali Koreya lideri - red.) nüvə silahının arsenalını yaratmaq və ondan şantaj üçün istifadə etmək niyyətindədir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Mayk Pompeo Vaşinqtonda çıxışında bildirib.

“Analitik nöqteyi-nəzərdən aydındır ki, Kim Çen In tək müvəffəqiyyətli sınaqla dayanmayacaq. Ona müxtəlif ərazilərə çoxsaylı raketlərin çatdırılması imkanı üçün arsenal lazımdır. Arsenalın yaradılması Koreya Xalq Demokratik Respublikası üçün məntiqi addım olardı”, - o deyib.

Onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikası bu arsenaldan şantaj məqsədi üçün istifadə etməyə çalışacaq.

“Əgər diplomatik həll mümkün deyilsə, onda biz problemi həll edəcək mümkün hərəkətlərin spektrini prezidentə təqdim etmək üçün işləyirik”, - Pompeo əlavə edib.

Pompeo problemin mümkün hərbi həlli haqqında suala belə cavab verib: “Qərarı prezident qəbul edəcək. Düşünürəm ki, o, bu mövzuda fikrini birmənalı bildirib”.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası 2017-ci ildə bir neçə raket sınağını, həmçinin altıncı nüvə sınağını həyata keçirib. BMT Təhlükəsizlik Şurası raket və nüvə proqramlarının sonrakı inkişafına cavab olaraq Pxenyana qarşı sanksiyaları üç dəfə gücləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm