Tramp Davosda İŞİD-lə mübarizədən danışacaq
Bizi izləyin

Dünya

Tramp Davosda İŞİD-lə mübarizədən danışacaq

ABŞ prezidenti Donald Tramp Davosda keçirilən "Dünya İqtisadi Forum"unda bir sıra məsələləri müzakirə edəcək.

Publika.az xəbər verir ki, bu barədə mətbuata ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster məlumat verib. O bildirib ki, forum çərçivəsində Şimali Koreya, İran və terrorla mübarizə məsələləri müzakirə ediləcək: "Prezident Tramp Davosda Koreya yarımadası məsələsini müzakirə etdikdən sonra, bəzi milli təhlükəsizlik məsələlərinə də aydınlıq gətirəcək. Terrorla mübarizə mövzusunda ABŞ-ın İŞİD ilə mübarizə koalisiyası haqqında da danışılacaq".

H.Makmaster onu da əlavə edib ki, Tramp eyni zamanda, İranın raket proqramını və bu ölkə ilə "nüvə sazişi qüsurlarını" müzakirə etməyi də planlaşdırır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm