Rusiyanın müharibə hazırlığı - Nüvə istehsalında YENİ KƏŞF
Bizi izləyin

Dünya

Rusiyanın müharibə hazırlığı - Nüvə istehsalında YENİ KƏŞF

Nüvə reaktorlarının yuvasının istehsalında istifadə edilən sirkonium maddəsinin yerinə molibden sınaqdan keçirilib.

Publika.az xəbər verir ki, sınaq Rusiya Milli Nüvə Araşdırmaları Universitetinin elm adamları tərəfindən aparılıb.

“Chemical Engineering Research and Design” dərgisinin araşdırmalarına görə, bu yeni dəyişiklik bütün dünyadakı nüvə reaktorlarının təhlükəsizlik səviyyəsinin ciddi şəkildə artırılmasına gətirib çıxaracaq.

Hazırda nüvə reaktorlarının istehsalında sirkoniumdan istifadə edilir ki, bu maddə də su ilə təmasda aşınma və çürüməyə məruz qalır. Bu maddənin su ilə təması həm də istiliyin artmasına və hidrogen istehsalının sürətləndirilməsinə gətirib çıxarır.

Molibdenin nüvə istehsalatında istifadə olunması böyük məbləğli büdcələr tələb etsə də, dünyada məhz bu məsələ üzərində işləyən alimlər az deyil.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm