Şimali Koreya hücumu Rusiya üzərindən edib - İTTİHAM
Bizi izləyin

Dünya

Şimali Koreya hücumu Rusiya üzərindən edib - İTTİHAM

Kanadanın nəqliyyat agentliyi “Metrolinx” Şimali Koreya hakerlərini Rusiya vasitəsilə buraxılmış vurisun köməyi ilə agentliyin serverlərinə kiberhücumda ittiham edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, belə bəyanatla nəqliyyat agentliyinin nümayəndəsi Anna-Mari Eykins çıxış edib.

Onun sözlərinə görə, hücum bu ay qeydə alınıb. Agentliyin nümayəndəsi qeyd edib ki, kiberhücum agentliyin məxfi məlumatlarına toxunmayıb və təhlükəsizlik sistemlərinin işini pozmayıb.

Eyni zamanda, anonim mənbəyə istinadən CBC telekanalı bildirib ki, “Metrolinx” kompüterlərinə hücum edən virus Rusiyadan gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm