Türkiyənin bütün əməliyyatları bu mərkəzdən idarə olunur - İLK DƏFƏ ÜZƏ ÇIXDI - FOTO
Bizi izləyin

Dünya

Türkiyənin bütün əməliyyatları bu mərkəzdən idarə olunur - İLK DƏFƏ ÜZƏ ÇIXDI - FOTO

“Zeytun budağı” hərəkatı başda olmaqla, Türkiyənin təşkil etdiyi bütün əməliyyatlara aid bilgilərin toplandığı ortaq mərkəz kimi fəaliyyət göstərən Türkiyə Dövlət Bilgi Korrdinasiyası Mərkəzi ilk dəfə qapılarını ictimaiyyətə açıb.

Publika.az xəbər verir ki, mərkəzdə gecə və gündüz olmaqla, ikinövbəli iş sistemi tətbiq edilir. Mərkəzdə 155 nəfər daimi şəkildə xidmət göstərir. Həyata keçirilən əməliyyatlar zamanı ələ keçirilən fövqəladə bilgilər mərkəzdə işləyən səlahiyyətli şəxslər tərəfindən aidiyyəti olan bütün nazirliklərə, o cümlədən, prezident Rəcəb Tayyib Ərdoğana göndərilir.

Mərkəzdə kabelli və kabelsiz telefonlar, peyk cihazları və onlayn şəbəkə başda olmaqla, ən son texnoloji vasitələrdən istifadə edilir. Burada bilgilərin təhlükəsiz şəkildə çatdırılması üçün elektron yayım sistemi mövcuddur.

Mərkəzin binasında 4 ana otaq vardır ki, bunlar böyük böhran, kiçik böhran, özəl görüş və xəritə otaqlarıdır. Buradakı ana otaqdan “Zeytun budağı” hərəkatına pilotsuz qırıcı təyyarələr vasitəsilə canlı şəkildə izlənilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm