Ərdoğandan SƏRT BƏYANAT: “Bunlar postmodern xaçlı yürüşünün...”
Bizi izləyin

Dünya

Ərdoğandan SƏRT BƏYANAT: “Bunlar postmodern xaçlı yürüşünün...”

“Biz əslində kimin harada dayandığını çox yaxşı bilirik. İŞİD bəhanəsi ilə Afrini terror dəhlizinə təslim etmək istəyənlər indi İŞİD-lə birlikdə açıq şəkildə döyüşürlər”.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında 44-cü muxtarlar toplantısında deyib.

PYD və İŞİD-in bir medalyonun iki üzü olduğunu deyən Ərdoğan bölgənin İŞİD-dən təmizlənməsinə baxmayaraq, Türkiyəyə sığınan yüz minlərlə insanın evlərinə qayıtmadığını bildirib.

“Çünki bölgə bir terror təşkilatından o biri terror təşkilatının əlinə keçdi. Bunlar barbarlar, qatillər və oğrulardır. Bunlar postmodern xaçlı yürüşünün yeni işbirlikçiləridir. Biz əslində Afrində bütün insanlığın düşməni olan bir zehniyyətlə mübarizə aparırıq”, - Türkiyə prezidenti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm