İspaniya kralı taxt-tacını oğluna verdi
Bizi izləyin

Dünya

İspaniya kralı taxt-tacını oğluna verdi

İspaniya kralı Xuan Karlos taxt-tacını oğluna təhvil verib.

İspaniya kralı Xuan Karlos taxt-tacını oğluna təhvil verib.

Publika.az xəbər verir ki, Karlos vəzifəsini layiqincə yerinə yetirməyə çalışdığını ifadə edərək İspaniya xalqına təşəkkür edib.

Taxt-tacı şahzadə Filipeyə təhvil verən Xuan Karlos oğlunun ən yaxşı şəkildə xalqa xidmət edəcəyinə inandığını söyləyib. O qeyd edib ki, bundan sonra sağlamlığına daha çox diqqət ayırmaq istəyir.

Yerli media isə Karlosun sağlamlıq problemlərinə görə deyil, daha çox siyasi səbəblərdən vəzifədən getdiyini yazıb. Onun qərarını açıqlamaq üçün Avropa Parlamentinə seçkilərin nəticələrini gözləməsi siyasi səbəblərdən biri kimi göstərilir.

1970-ci ildə Franko diktatorluğundan sonra İspaniyanın demokratiyaya keçişini asanlaşdıran 76 yaşındakı Xuan Karlos korrupsiya qalmaqallarına görə ictimaiyyət arasında dəstəyini itirmişdi.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm