BMT Rusiyaya yox dedi
Bizi izləyin

Dünya

BMT Rusiyaya yox dedi

BMT Rusiyaya yox dedi

BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukrayna ilə bağlı hazırladığı qətnaməni qəbul etməyib. Qərb Ukraynada baş qaldıran rus inqilabını dəstəkləməyib. Avropa nümayəndə heyəti daha ətraflı məlumatdan kənar qalıb və öz hökumətləri ilə məsləhətləşmək niyyətində olduğunu bildirib.

Qərb dövlətləri Rusiyanın Ukraynada humanitar inqilab təklifinə qeyri-konstruktiv yanaşıb. Bu haqda xəbəri BMT-in Təhlükəsizlik Şurasında Rusiya nümayəndəsi Vitaliy Çurkin bildirib.

Onun sözlərinə görə, sənəddə zor tətbiq etməyin dayandırılması və əhalinin evakuasiyası üçün humanitar dəhlizin yaradılması qeyd olunub. O, deyib: “Biz hesab edirik ki, Ukraynada mübarizə davam edərsə, bu münaqişənin daha da genişlənməsinə səbəb olacaq. Yeni qurbanlar və yeni hərbi iğtişaş ola bilər. Bu vəziyyət Ukraynada siyasi dialoqun gedişatını daha da çətinə sala bilər. əlbəttə, siyasi çərçivələr mövcuddur-bu Cenevrə razılaşması və ATƏT-in yol xəritəsidir. Lakin onların fəaliyyət göstərməsi üçün hərbi münaqişənin dayandırılması labüddür. Bu bizim qətnamənin məqsədidir”.

Rus nümayəndə heyətinin təklifinə cavab olaraq Təhlükəsizlik Şurasının bəzi üzvləri, Çurkin dediyi kimi, arsızcasına öz hökumətləri ilə məsləhətləşmək və əlavə məlumata ehtiyacı olduqlarını bəyan edib. Bu fonda Vitaliy Çurkin Rusiyanın qətnamənin hazırki layihəsinin səsverməyə qoyulamasına hələ qərar vermədiyini bəyan edib.

Qərb nümayəndə heyətinin üzvləri o qədər sual verdi ki, əgər cavablandırmağa çalışsaq o zaman, müzakirə həftələrlə davam edəcək. buna görə də, qətnamə üzərində planın növbəti addımın nədən ibarət olması haqda qərar verməmişik”.

O, həmçinin Qərb ölkələrinin nümayəndə heyətlərinə təklif olunan qətnamə layihəsinə yanaşmada “öz paytaxtından göstəriş” aldıqdan sonra daha praqmatik olacağını ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm