Prezident ailəsinin Amerika macəraları – Fotolar
Bizi izləyin

Dünya

Prezident ailəsinin Amerika macəraları – Fotolar

Prezident ailəsinin Amerika macəraları – Fotolar

Gül ailəsi gecəsi minlərlə dollar olan hoteldə qaldılar və məşhur butiklərdən alış-veriş etdilər.

Publika.az xəbər verir ki, Türkiyənin prezindeti Abdulla Gül oğlunun Harvarddan məzun olduğu üçün ABŞ-a getmişdi. Daha sonra qatıldğı bir paneldə böyük protestoya məruz qalan prezident ailəsinin Amerika macəraları haqqında maraqlı faktlar da ortaya çıxıb.

ABŞ-ın “Buzzfeed” saytının xəbərinə görə, Abdulla Gül və xanımının dörd günlük ABŞ ziyarətində gecəsi 6 min 800 dollar (təxminən 5 min 300 dollar – red) olan “Mandarin Oriental Boston” hotelində, cakuzili nömrədə qalıb. Hayrunnisə Gül isə ən bahalı fransız markalarından olan “Hermes”dən alış-veriş edib.

Məsələ ilə əlaqədar açıqlama verən prezident müşaviri Yusif Müftüoğlu Hayrunnisə Gülün öz pulu ilə alış-veriş etdiyini deyib. Hotel pulunu kimin ödədiyi sualına isə müşavir “məncə, Prezident Administrasiyası bu barədə açıqlama verəcək” cavabını verib. Müşavir həmçinin xanım Gül alış-veriş etdiyi gün Gəzi hadisələrinin ildönümü olduğunu bilib-bilməməsi sualını isə cavabsız qoyub.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm