Ukrayna ordusu bütün istiqamətlərdən hücuma keçdi – Fotolar
Bizi izləyin

Dünya

Ukrayna ordusu bütün istiqamətlərdən hücuma keçdi – Fotolar

Ukrayna ordusu bütün istiqamətlərdən hücuma keçdi – Fotolar

Ukrayna ordusu Slavyanskla yanaşı, Donetsk və Luqanskda da əməliyyatlara başlayıb.

Publika.az xəbər verir ki, rus mediası Donetsk və Luqansk separatçılarına qarşı Kiyevin kasset bombalarından istifadə etdiyini iddia edir. Luqansk mərkəzi inzibati binasının partladılması da bununla əlaqələndirilir.

Lakin rəsmi Kiyev bu iddiaları yaxına buraxmaq istəmir. Bu şəhərlərin sakinləri sığınacaq üçün zirzəmilərdən istifadə edirlər.

Luqansk separatçı hökuməti Kiyevdən qorunmaq üçün Rusiyadan kömək istəyir. Moskva hələ cavab verməyib.
Ukrayna ordusunun isə hər keçən dəqiqə irəlilədiyi deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm