• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Obama: ABŞ "Cənub Qaz Dəhlizi"nə kömək etməyə hazırdır

  • Dünya
  • 3 İyun 2014 16:04
  • 656 Baxış
Obama:  ABŞ "Cənub Qaz Dəhlizi"nə kömək etməyə hazırdır

ABŞ prezidenti neft və qaz sərgisi iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Hesab Vaxtı ABŞ Prezidenti Barak Obamanın XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz – 2014 (Caspian Oil&Gas) sərgisinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. Obamanın təbrik məktubunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar oxuyub.

Obama Azərbaycan dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində əsas rol oynadığını deyib və iki ildə ölkə Avropanın iri təchizatçısı olacağını qeyd edib.

Prezident "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi məsələsinə toxunub. O qeyd edib ki, bu Azərbaycan ilə beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb edir. "Birləşmiş Ştatlar bu layihənin həyata keçirilməsinə Avropaya qaz ixracının genişləndirilməsi yolunda vacib addım kimi baxır və buna kömək etməyə hazırdır. Enerji resurslarının təchizatçısı kimi Azərbaycanın rolu iqtisadiyyatın şaxələndirilməsinin inkişafına yardım edəcək, ölkə xalqının həyat səviyyəsinin yüksəlməsinə imkan yaradacaq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR