Misirin yeni prezidenti general Sisi oldu
Bizi izləyin

Dünya

Misirin yeni prezidenti general Sisi oldu

Misirdə keçirilən prezidentlik seçkisinin rəsmi nəticələri açıqlanıb.

Misirdə keçirilən prezident seçkisinin rəsmi nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, keçmiş müdafiə naziri Abdel Fəttah əl-Sisi səslərin böyük əksəriyyətini qazanaraq prezident seçilib.

Misir Yüksək Seçki Komitəsinin sədri Ənvər əl-Asi paytaxt Qahirədə təşkil etdiyi mətbuat konfransında, Misirin keçmiş müdafiə naziri Sisinin 23 milyon 780 min 104 səs alaraq, 96,91 faizlə seçkini qazandığını açıqlayıb.

Sisinin ən yaxın rəqibi Həmdin Sabbahin isə 757 min 511 səs toplaya bilib.

Ölkədəki ümumi 53 milyon 909 min seçicidən 25 milyon 578 min nəfər səs verib.

Rəsmi nəticələrin açıqlanmasının ardından Sisi tərəfdarları küçələrə axışaraq qələbəni bayram ediblər.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm