DƏHŞƏTLİ QƏZA: Ekskursiyaya gedən 22 məktəbli öldü
Bizi izləyin

Dünya

DƏHŞƏTLİ QƏZA: Ekskursiyaya gedən 22 məktəbli öldü

Nigeriyada avtobusla yük maşınının toqquşması nəticəsində 22 məktəbli və onları daşıyan nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib.

Publika.az xəbər verir ki, ölən uşaqlardan 12-si oğlan, 10-u isə qız olub. Daha 3 məktəbli xəsarət alıb.

Yerli "Daily Post" qəzetinin yazdığına görə, şagirdlər radiostansiya redaksiyasına ekskursiyaya gedirlərmiş.

Avtobus və yük maşını hər iki sürücünün yoldakı çalanı dövr edərək keçmək istəməsi səbəbindən toqquşub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm