Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi
Bizi izləyin

Dünya

Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.

Publika.az xəbər verir ki, bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

"Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi”, sabiq prezident yazıb.

Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanılaraq Polşaya göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm