• USD 1,7000 0,00% EUR 2,0001 -0,08%
    • GBP 2,2810 +0,02% RUB 0,0277 +0,36%

İnsanları daha rahat güllələmək üçün.. – Cinayətkarın DƏHŞƏTLİ STRATEGİYASI - FOTO/VİDEO (YENİLƏNDİ)

  • Dünya
  • Xəbərin vaxtı: 15 Fevral 2018 01:57    Yeniləndi: 15 Fevral 2018 11:00
  • 1 769 Baxış
İnsanları daha rahat güllələmək üçün.. – Cinayətkarın DƏHŞƏTLİ STRATEGİYASI - FOTO/VİDEO

Amerikalı senator Bil Nelson MSNBC telekanalının efirində məktəbə hücum edən şübhəlinin strategiyasından danışıb. Onun sözlərinə görə, gənc oğlanda tüstü qumbaraları və özünün istifadə etməsi üçün əleyhqaz var idi.

“O, yanğın həyəcanının siqnalını qoşub ki, uşaqlar dəhlizə çıxsınlar və insanları daha rahat güllələmək imkanı yaransın”, - Nelson danışıb.

Qeyd edək ki, Parklend 2017-ci ildə “ştatın ən təhlükəsiz şəhəri” fəxri adını almışdı.

Şübhəli qismində saxlanılan Nikolas Kruzun vaxtilə intizamla bağlı problemlərə görə məktəbdən çıxarıldığı bildirilir. Bildirilir ki, sosial şəbəkələrdə Kruzun səhifələrində tapılan informasiyalar “böyük narahatlq” yaradırdı.

***

Birləşmiş Ştatların Florida ştatında yerləşən məktəblərdən birində baş vermiş atışma nəticəsində ən azı 17 nəfər ölüb, 17 yaralı var.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, atışma çərşənbə günü Mayaminin 60 kilometrliyində yerləşən Parklend şəhərciyindəki məktəbdə baş verib. Təhsil müəssisəsində 14-18 yaş aralığında 3 minə yaxın uşaq oxuyur.

Polisin məlumatına görə, əvvəllər bu məktəbdə təhsil almış 19 yaşlı Nikolas Kruz şübhəli şəxs qismində saxlanılıb.

***

ABŞ-da məktəbdə silahlı insident baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Parkland şəhərində (Florida ştatı) qeydə alınıb.

İlkin məlumata əsasən, məktəbdə baş verən atışma nəticəsində azı 20 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>