Donetsk şəhərində vəziyyət sabit olaraq qalır
Bizi izləyin

Dünya

Donetsk şəhərində vəziyyət sabit olaraq qalır

Slavyansk, Qırmızı Liman və Kramatorsk şəhərlərində terror əleyhinə aparılan əməliyyatlar davam etdirilir. Bu barədə Donetsk Vilayət Dövlət administrasiyasının mətbuat xidməti xəbər yayıb.

Publika.az xəbər verir ki, bu gün Slavyansk şəhərinin Semyonovka qəsəbəsi və Karaçun dağının yaxınlığında intensiv döyüşlər gedir.


Qırmızı Liman şəhərində separatçıların müdafiə nöqtələri məhv edilib. Vilayət Dövlət Administrasiyasının məlumatlarına əsasən, Brusovka yaxınlığında atışma davam edir. Müəssisələrin fəaliyyəti qismən dayandırılıb. Bu gecə Kramatorsk şəhərindəki hərbi hissənin yaxınlığında da döyüşlər gedir. Hərbi əməliyyatlar nəticəsində yarımstansiya dağıdılmışdır. Hərbi hissə tamamilə iflic vəziyyətdədir.


Bu şəhərlərin sakinlərindən evdə qalmaları xahiş olunur. Bu gün Qorlovka şəhərində Ukrayna ordusunun qırıcı təyyarələri görünüb.

Donetsk şəhərindəki vəziyyət sabit olaraq qalır. Antiterror əməliyyatının fəallaşmasına cavab olaraq, Donetsk Xalq Respublikasının üzvləri öz hərbi dəstələrinin rotasiyasını keçirirlər. Bu məlumatı Vilayət Dövlət Administrasiyası açıqlayıb.

Təranə Abbasova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm