Ukrayna ordusu bir gündə 300 separatçını məhv edib
Bizi izləyin

Dünya

Ukrayna ordusu bir gündə 300 separatçını məhv edib

Ukrayna ordusunun antiterror əməliyyatları davam edir. Ukrayna Antiterror Əməliyyatları qərargahının informasiya şöbəsinin rəhbəri Vladislav Seleznyov son bir sutka ərzində baş verənlər haqda məlumat verib.

Publika.az xəbər verir ki, Seleznyov son bir sutka ərzində, Ukrayna ordusunun Slavyansk və Donetskin Qırmızı Liman qəsəbələri ətrafında apardığı əməliyyatlarda separatçıların 300 nəfər itki verdiyini bildirib. 50-dən çox yaralı var.

“Terrorçuların bu qəsəbələr ətrafındakı blokpostları dağıdılıb. İndi orda qvardıyamızın əsgərləri keşik çəkir. Bir çox separatçı hərbi formanı çıxarıb, mülki vətəndaş görkəmi ilə əməliyyat zonasını tərk etməyə çalışır”,– deyən Seleznyov bildirib ki, Ukrayna ordusu da itki verib. 2 döyüşçü ölub, 45 döyüşçü yaralanıb.

Onun sözlərinə görə, terrorçuların möhkəmləndiyi Semyonovka və Qırmızı Liman Ukrayna ordusunun tam nəzarətinə keçib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm