Dünya
“Rusiya ilə müharibə mümkün deyildi” – Kiyevdən Krımın ilhaqı barədə ŞOK ETİRAF
Moskvada nüvə silahının mövcudluğuna görə Kiyev Rusiyaya müharibə elan edə bilmir.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Kiyevdə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin məhkəmə prosesi üzrə prosesdə çıxışında deyib.
“Rusiya kimi nüvə dövlətinə qarşı durmaq üçün vasitələrimiz yoxdur. Biz təcavüzkara müharibə elan edə bilmirik, çünki Rusiya nüvə dövlətidir”, - o deyib.
Beləliklə, Turçinov Krımın ilhaqından sonra Kiyevin Rusiyaya müharibə elan etməməsinin səbəbini izah edib.
Turçinov həmçinin “112 Ukrayna” telekanalının efirində bildirib ki, Kiyevin fevral-mart aylarında Krımda terrorçuluğa qarşı əməliyyatı həyata keçirməməsinin səbəblərindən biri Ukrayna Təhlükəsizlik Xidmətinin 90 faiz əməkdaşının ölkəni satması idi.
Ukraynanın keçmiş müdafiə naziri, general-polkovnik Mixail Koval öz növbəsində, bildirib ki, Krım 2014-cü ildə “qanda boğula” bilərdi. O bu haqda Yanukoviçin işi üzrə dindirmə zamanı danışıb.
“Mən sizə iki yüz faiz zəmanət verirəm ki, əgər birinci atəş açılsaydı, Krım qanda batırılmış olardı”, - Koval vurğulayıb.
Ömər Dağlı
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident