Türkiyə kəşfiyyatından Suriyada MƏXFİ ƏMƏLİYYAT - FOTO
Bizi izləyin

Dünya

Türkiyə kəşfiyyatından Suriyada MƏXFİ ƏMƏLİYYAT - FOTO

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Əl-Babda gizli əməliyyat həyata keçirib.

Publika.az
"Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən adı “qırmızı” siyahıya salınan və başına 4 milyon lirə pul mükafatı qoyulan İŞİD-in “Türkiyə əmiri” İlhami Balının həyat yoldaşı Hülya Balı MİT tərəfindən ələ keçirilib.

Məlumata görə, Hülya Bal iki həftə öncə Əl-Babda ələ keçirilərək, iki uşağı ilə birlikdə Azez bölgəsinə, oradan da Kilisə gətirilib.

Türkiyə kəşfiyyatı İlhami Balın ələ keçirilməsi işini də davam etdirir.



Qeyd edək ki, 2016-cı ilin iyul ayına qədər İŞİD-in “Türkiyə əmiri” olan “Əbu Bəkir” kod adlı İlhami Bal Diyarbəkirdə HDP mitinqində, Suruçda və Ankarada terror aktlarının, həmçinin, Türkiyə-Suriya sərhədində bir əsgərin şəhid edilməsinin arxasında olan şəxsdir. Onun təşkil etdiyi hücumlar nəticəsində ümumilikdə 142 nəfər həyatını itirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm