Qəzzada vəziyyət GƏRGİNLƏŞDİ
Bizi izləyin

Dünya

Qəzzada vəziyyət GƏRGİNLƏŞDİ

İsrail və Fələstin sərhədində vəziyyət yenidən gərginləşib.

Publika.az xəbər verir ki, bir müddətdir davam edən sabitlik 4 yəhudi əsgərin Qəzza zolağı ilə sərhəddə minaya düşərək yaralanmasından sonra pozulub.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, yaralı hərbçilərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti orta-ağır, digərinki isə yüngüldür.

Buna cavab olaraq İsrail tankı partlayışın baş verdiyi əraziyə yaxın yerləşən Fələstin tərəfinin müşahidə qülləsinə atəş açıb.

Ardınca İsrail hərbçiləri Qəzza zolağında altı hədəfə aviazərbə endiriblər.

Fələstin tərəfi isə buna cavab olaraq İsrail istiqmətində raket atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm