Zəlzələdə zərərçəkənlərə seks qarşılığında yemək verirlər - ŞOK İDDİA
Bizi izləyin

Dünya

Zəlzələdə zərərçəkənlərə seks qarşılığında yemək verirlər - ŞOK İDDİA

Zəlzələdən zərərçəkənlərə qalmaqallı yardım. Seks qarşılığında yemək verirlər.

Publika.az xəbər verir ki, Mərkəzi ofisi ABŞ-da yerləşən "World Vision" adlı yardım təşkilatının bəzi əməkdaşlarının 2010-cu ildə Haitidə baş verən güclü zəlzələnin ardından əhaliyə seks qarşılığında qida yardımı etdiyi iddia edilir. Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

İddiaya görə, təşkilat üzvləri zərəçəkmişlərin çarəsizliyindən istifadə edərək onları cinsi istismar edib. Yemək qarşılığında cinsi əlaqəyə girdikləri sakinlər isə zəlzələdə ailələrini itirən 12-17 yaş arası qız uşaqları olub.

"World Vision" təşkilatının rəsmiləri məsələ ilə bağlı açıqlama verməsə də, irəli sürülən iddiaları rədd edib.

Xatırladaq ki, şirkət birbaşa İngiltərə kral ailəsinin yeni gəlini Meqan Markleyn tərəfindən ayrılan rəsmi maliyyə dəstəyi ilə fəaliyyət göstərir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm