Ölkədə işçi qüvvəsi tükənib – STATİSTİKA
Bizi izləyin

Dünya

Ölkədə işçi qüvvəsi tükənib – STATİSTİKA

Kütləvi əmək emiqrasiyasına görə Ukraynada azad işçi qüvvəsi tükənib.

Publika.az xəbər verir ki, belə nəticəyə ölkənin işə qəbul üzrə firmalarının nümayəndələri ilə söhbətlərə və statistikaya istinad edən “Bloomberg” agentliyi gəlib.

2015-ci ildən xüsusi miqyas alan kütləvi emiqrasiya bu prosesdə əsas rol oynayıb. Agentliyin məlumatına görə, Ukraynadan Polşaya 2015-2017-ci illər ərzində 507, Rusiyaya 343, Çexiyaya 127 min, Belarusa isə 22 min nəfər işləməyə gedib. Bu siyahının ilk sıralarında olan 6 ölkəyə gedən əmək fəaliyyətinə yararlı Ukrayna vətəndaşlarının sayı bir milyonu keçib.

Kütləvi emiqrasiya 2014-2015-ci illərdə qrivnanın məzənnəsinin kəskin düşməsindən sonra Ukrayna ilə qonşu ölkələrdəki maaş arasındakı kəskin fərqlə izah olunur. Ukraynada hazırda orta aylıq maaş təxminən 250 dollar təşkil edir. Bu rəqəm qonşu Polşada 1000, Rusiyada isə təxminən 670 dollardır.

Agentlik qeyd edir ki, indi Ukraynada bir çox şirkətlər böyük miqdarda dolmamış vakansiyaya malikdir. İş qüvvəsinin çatışmazlığı 2017-ci ildə iqtisadi artımın ləngiməsinin səbəblərindən biri olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm