İranda təyyarə qəzası qurbanlarının 45 nəfərinin cəsədi tapıldı
Bizi izləyin

Dünya

İranda təyyarə qəzası qurbanlarının 45 nəfərinin cəsədi tapıldı

İran xilasediciləri qəzaya uğramış "ATR-72" təyyarəsinin qurbanlarının 45-inin cəsədini aşkarlayıblar.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar İdarəsinin yerli idarəsinin rəhbəri Cəlal Puranfard bildirib.

"Həlak olanların axtarışı davam edir. İndiyədək 45 cəsəd tapılıb. Onlardan bəzilərinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib", - deyə o bildirib.

Cəlal Puranfard bununla yanaşı qeyd edib ki, cəsədlər Yasuc şəhərinin Məhkəmə-Tibb ekspertizasına göndəriləcək. Onun sözlərinə görə, cəsədlərinin təxliyə edilməsi çərşənbə günü planlaşdırılır.

Qeyd edək ki, "Aseman Airlines" şirkətinə məxsus, Tehrandan Yasuca üçan "ATR-72" sərnişin təyyarəsi ötən bazar günü qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 6 heyət üzvü də daxil olmaqla, 66 nəfər olub. Onlar hamısı qəzada həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm