Mərkəzi Bankın rəhbəri vəzifəsindən kənarlaşdırıldı - KORRUPSİYA
Bizi izləyin

Dünya

Mərkəzi Bankın rəhbəri vəzifəsindən kənarlaşdırıldı - KORRUPSİYA

Korrupsiya cinayətində şübhəli bilinən Latviya Mərkəzi Bankının rəhbəri İlmar Rimşeviç vəzifəsindən kənarlaşdırılıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Latviya Korrupsiya ilə Mübarizə Bürosunun nümayəndəsi Laura Duşa bildirib.

Qeyd edək ki, İ. Rimşeviç pul tələb etməkdə və böyük məbləğdə rüşvət almaqda şübhəli bilinir. İstintaq materiallarına əsasən, rüşvətin məbləği azı 100 min avro təşkil edib.

İ. Rimşeviç bundan əvvəl vəzifəsindən getmək istəmədiyini bəyan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm