Dünya
Şimali Koreya Maykl Pensi qəbul etmədi - SON ANDA
Şimali Koreya nümayəndələri ABŞ vitse-prezidenti Mayk Penslə görüşdən son anda imtina ediblər.
Publika.az xəbər veri ki, hər iki ölkənin nümayəndə heyətləri arasında Qış Olimpiadası çərçivəsində qısa bir görüş keçirilməsi planlaşdırılırdı. Görüşün ləğv edilməsi ilə bağlı xəbəri mətbuata ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib. O deyib ki, Maykl Penslə təşkil ediləcək görüş heç bir açıqlama verilmədən ləğv edilib:
“Vitse-prezidentin Cənubi Koreyaya son səfəri zamanı Şimali Koreyanın nümayəndə heyətinin rəhbərləri ilə qısa görüş keçirməyə imkan yaranıb. Vitse-prezident isə bu fürsətdən istifadə edərək Şimali Koreyanın ballistik raket və nüvə silahı proqramlarından imtina etməsi ilə bağlı müzakirələr aparmağı planlaşdırıb. Lakin son məqamda KXDR-in rəsmi nümayəndələri görüşməkdən imtina etdiklərini bildiriblər. Məyus deyilik, sadəcə KXDR-in bu fürsəti səmərəli şəkildə dəyərləndirməməsinə təəssüf edirik".
Məsələ ilə bağlı Ağ Ev də öz mövqeyini bildirib. Onlar Mayk Pensin Şimali Koreyanın nümayəndə heyəti ilə görüş planlaşdırıdığını təsdiqləyiblər.
Bəzi KİV-lər qeyd ediblər ki, görüşə 2 saat qalmış ABŞ vitse-prezidenti Şimali Koreyanın ünvanına ağır sözlər söyləyib. Bu da görüşün qəfildən təxirə salınmasına səbəb olub.
Könül Cəfərli
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...