Rusiya kriminal avtoritetləri ölkədən qovur
Bizi izləyin

Dünya

Rusiya kriminal avtoritetləri ölkədən qovur

Rusiya hüquq-mühafizə orqanları kriminal avtoritetləri ölkədən qovur.

Rusiya mətbuatı xəbər verir ki, deportasiya haqqında qərarı şəxsən daxili işlər naziri Vladimir Kolokoltsev verib.

Qeyd olunub ki, hazırda 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadze Gürcüstana, 43 yaşlı Kamçibek Kolbaev isə Qırğızıstana yola salınacaq.

Məlumatda bildirilib ki, bundan əvvəl isə Rusiyadan Gürcüstana Baçuka Paçuliya, Azərbaycana isə Dadaş Bakılı deportasiya edilib.

Formal olaraq deportasiya Cinayət Məcəlləsi əsasında keçirilir. “Qanuni oğrular”ı ən çox dələduzluq, narkotik maddələrin saxlanması və satışına görə saxlayırlar.

Bildirilib ki, Hazırda “qanuni oğru” adı alan 318 nəfər azadlıqdadır. “Qanuni oğru”ların 114-ü həbs edilib, 31-i istintaq altında, 19-u isə axtarışdadır.

Rusiyada ən çox “qanuni oğru” Gürcüstan vətəndaşıdır - 242 nəfər. İkinci yerdə ruslar qərarlaşıb - 51. “Qanuni oğru” adı alan azərbaycanlıların sayı isə 16 nəfərdir. (azvision.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm