Ankara Əsədlə görüşürmü? – Ərdoğanın sözçüsü AÇIQLADI
Bizi izləyin

Dünya

Ankara Əsədlə görüşürmü? – Ərdoğanın sözçüsü AÇIQLADI

“Bəşər Əsəd rejimi ilə YPG arasında iddia edildiyi kimi bir razılaşma yoxdur”.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, bunu mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“Dünən Hələbin ətrafından Afrinin cənub bölgələrinə, oradan da şəhərə girməyə çalışan 40-50 avtomobillik konvoyun hərəkətini müşahidə etdik. Konvoy artilleriya atəşi ilə dayandırılaraq geri çəkilməyə məcbur edildi. Burada iddia edildiyi kimi bir razılaşma yoxdur”, - o söyləyib.

İ.Kalın əlavə edib ki, hər hansı razılaşma olsa belə, Türkiyə “Zeytun budağı” əməliyyatına əvvəlki şəkildə davam edəcək. Prezidentin sözçüsü xəbərdarlıq edib ki, rejimin və ya digər ünsürlərin bu addımları çox ciddi nəticələrə səbəb ola bilər.

Ankaranın rəsmi Dəməşqlə təmasının olmadığını deyən İ. Kalın qeyd edib ki, zaman-zaman bəzi mesajlar İran və ya Rusiya üzərində çatdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm