Avropa Rusiyaya növbəti zərbəni vurmağa HAZIRLAŞIR
Bizi izləyin

Dünya

Avropa Rusiyaya növbəti zərbəni vurmağa HAZIRLAŞIR

Avropa İtttifaqı Rusiya və Ukrayna vətəndaşları barəsində sanksiyaların müddətini uzadacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqındakı mənbə bildirib.

Məlumata görə, Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri sanksiyaların müddətinin uzadılmasını uyğunlaşdırıblar. Qərarın 2018-ci il martın 12-də qəbul edilməsi planlaşdırılır. Əvvəlki sanksiyaların müddəti martın 15-də bitir.

Xatırladaq ki, Rusiya və Ukrayna vətəndaşlarına (Donetsk və Luqansk “xalq respublikaları”nın rəhbərləri –red.) 2014-cü ilin martında qəbul edilib. Həmin şəxslər Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini pozmaqda ittiham olunublar. Sanksiyaların müddəti hər 6 aydan bir uzadılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm