Rusiya MN: Şərqi Quta üzrə sülh danışıqları pozulub
Bizi izləyin

Dünya

Rusiya MN: Şərqi Quta üzrə sülh danışıqları pozulub

Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Şərqi Quta ətrafında münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlar prosesi pozulub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyinin yaydığı bəyanatda bildirilir.

“Şərqi Qutada kritik humanitar və sosial-iqtisadi vəziyyət yaranıb. Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin qeyri-qanuni hərbi birliklərə müqavimətin dayandırılması və silahları yerə qoymaq çağırışı nəticəsiz qalıb. Beləliklə, Şərqi Quta ətrafında münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlar prosesi pozulub”, məlumatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm