Trampdan müəllimlərlə bağlı ŞOK TƏKLİF
Bizi izləyin

Dünya

Trampdan müəllimlərlə bağlı ŞOK TƏKLİF

ABŞ prezidenti Donald Tramp, xüsusilə Florida ştatındakı məktəblərin şagird və müəllim heyəti ilə görüşü zamanı çıxış edərək, mümkün hücumlardan qorunmaq üçün müəllimləri silahla təchiz etmək təklifini irəli sürüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o həmçinin təhsil müəssisələrinin ərazisində təhlükəsizliyi təmin edən işçilər qismində silahlarla necə davranmağı bilən köhnə hərbi qulluqçuların məktəblərdə işə cəlb edilməsi təklifini verib.

"Müəllimlər, belə deyək, üzərilərindəki silahı gizli şəkildə daşıya bilərdilər. Onlar xüsusi təlim keçərdilər və bu halda məktəbdə daha silahdan azad zonalar olmazdı", - deyə Tramp bildirib.

Amerika lideri deyib ki, cinayətlər belə "azad zonalarda" baş verir, çünki canilər onlara cavab atəşinin açılmayacağını dərk edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm