ABŞ Rusiya ilə əməkdaşlıq edən ölkələri HƏDƏLƏDİ
Bizi izləyin

Dünya

ABŞ Rusiya ilə əməkdaşlıq edən ölkələri HƏDƏLƏDİ

ABŞ digər ölkələrin hökumətlərinə Rusiya silahlı qüvvələri ilə hərbi sahədə böyük sövdələşmələr bağlayacaqları təqdirdə onlara qarşı sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyertin sözlərinə görə, Amerika administrasiyası hesab edir ki, Rusiya, İran və Çinə qarşı sanksiyaların sərtləşdirilməsi barədə yeni qanunun tətbiqi sayəsində Moskvanın xarici kontragentlərlə 3 milyard dollardan çox məbləğdə müxtəlif sövdələşmələr imzalamasının qarşısını almaq mümkün olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm