BƏDBƏXT HADİSƏ: Sürücü maşını uşaqların üstünə sürdü - 12 yaralı
Bizi izləyin

Dünya

BƏDBƏXT HADİSƏ: Sürücü maşını uşaqların üstünə sürdü - 12 yaralı

Slovakiyanın şimal-şərqində Poprad şəhərində bədbəxt hadisə baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, naməlum sürücü minik maşınını yaşı 5-12 arası olan uşaqların üstünə sürüb.

Qəza nəticəsində 12 uşaq xəsarət alıb. Bu barədə yerli polis nümayəndəsi Daniel Cobanik jurnalistlərə məlumat verib.

İlkin araşdırma nəticəsində sürücünün qanında alkoqol tapılmayıb. Böyük ehtimalla dönmə manevri zamanı sürücü idarəetməni itirib və maşın uşaqların üstünə istiqamətlənib. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Xilasetmə əməliyyatına iki helikopter və bir neçə təcili yardım maşını cəlb olunub.

Polis insidenti araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm