CANLI YAYIMDA DAVA: Aparıcı ilə qonaq yumruqlaşdı - - VİDEO
Bizi izləyin

Dünya

CANLI YAYIMDA DAVA: Aparıcı ilə qonaq yumruqlaşdı - - VİDEO

Rusiyanın NTV telekanalında canlı yayımlanan “Mesto vstreçi” (Görüş yeri) proqramında aparıcı Andrey Norkin və ukraynalı politoloq Dmitri Suvorov arasında əlbəyaxa dava olub.

APA-nın xəbərinə görə, insident Ukraynanın Donbas bölgəsindəki vəziyyətin müzakirəsi zamanı baş verib.

Belə ki, Donbasa səfər etmiş almaniyalı deputat Andreas Mauer bölgədə münaqişə nəticəsində yüzlərlə uşağın öldüyünü iddia edib. Buna sərt reaksiya verən ukraynalı politoloq Dmitri Suvorov ölən uşaqların şəkillərini təqdim etməyi tələb edib. Aparıcı Andrey Norkin politoloqa yaxınlaşaraq onun çiynindən tutub və bu zaman onların arasında dava düşüb. Davaya bir neçə şəxsin də qoşulduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm