Ərdoğan ABŞ-a MEYDAN OXUDU: "Bu yaz..."
Bizi izləyin

Dünya

Ərdoğan ABŞ-a MEYDAN OXUDU: "Bu yaz..."

“Bu yaz həm terror təşkilatları, həm də onları dəstəkləyənlər üçün çox isti keçəcək. Əvvəl Münbiçi təmizləyəcəyik, sonra da “Fərat Qalxanı” bölgəsini təhlükəsiz vəziyyətə gətirənə kimi yolumuza davam edəcəyik. Biz bu yola baş qoyduq, bu yolda başını qurban verməyə hazır olanlar varsa, “meydana gəlin” deyirik”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət liderləri ilə görüşündə deyib.

Bu səhər etibarilə Suriyanın Afrin bölgəsində 1873 terrorçunun məhv edildiyini və 415 kvadrat kilometrə yaxın ərazinin PYD terror təşkilatından təmizləndiyini deyən prezident Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun addım-addım Afrinə doğru irəlilədiyini bildirib.

“Bölgədəki əsas strateji təpələr böyük ölçüdə terrorçulardan təmizlənib. Əməliyyatın bundan sonrakı hissəsinin daha sürətlə davam edəcəyini gözləyirik. Afrinin şəhər mərkəzi tezliklə mühasirəyə alındıqdan və terrorçuların ətrafla təması kəsildikdən sonra yeni bir strategiya ilə hərəkat edəcəyik”, - Ərdoğan söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm