Ukraynada cinayətkar qruplaşmanın azərbaycanlı lideri tutuldu
Bizi izləyin

Dünya

Ukraynada cinayətkar qruplaşmanın azərbaycanlı lideri tutuldu

Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları beynəlxalq cinayət qruplaşma ilə mübarizə çərçivəsində Azərbaycan vətəndaşını saxlayıb.

Publika.az “korrespondent.net” saytına istinadən xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti bildirib.

Azərbaycan vətəndaşının cinayətkar qruplaşmanın liderlərindən biri olduğu deyilir.

Qeyd edilir ki, o, ağır cinayətlərin törədilməsi, xüsusi halda cinayətkar qruplaşmanın tərkibində odlu silahın tətbiqi ilə hücumlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.

Ukrayna Təhlükəsizlik Xidməti müəyyən edib ki, axtarılan şəxs Ukraynanın mərkəzi hissəsində kiçik qəsəbədə gizlənirdi. O, hazırda həbsdədir.

Saxlanılan şəxsin Azərbaycana ekstradisiyası haqqında məsələni həll edilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm